KİV: “Rusiya Ukraynanın ehtimal olunan əks-hücumuna hazırlaşır”

“Rusiya Ukraynanın ehtimal olunan əks-hücumuna hazırlaşır”.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.

Bildirilib ki, Rusiyada hərbi çağırışçılarla bağlı qəbul olunan yeni qanundakı məhdudlaşdırıcı qərarlar da bununla bağlıdır:

“Bununla yanaşı, Rusiya hakimiyyəti növbəti səfərbərliyi planlaşdırmadığını bildirir. Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə, qəbul edilmiş yeni qanun sadəcə hərbi çağırış sistemindəki qarışıqlığı aradan qaldırmaq üçündür”.

Vurğulanıb ki, Peskovun açıqlamasına rəğmən, gələcəkdə Rusiyada növbəti səfərbərliyin elan olunması mümkündür.

Qeyd edək ki, Rusiyada qəbul olunmuş yeni qanuna görə, hərbi çağırışdan yayınan şəxslərin avtomobil idarə etmək hüququ məhdudlaşdırılıb. Eyni zamanda onlar ölkədən çıxa və mənzillərini sata bilmirlər.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Oliksiy Reznikov daha əvvəl bildirmişdi ki, müdafiə qüvvələri əks-hücuma hazırlaşır. Əks-hücum əməliyyatlarının aprelin sonu – mayın əvvəlində başlanması gözlənilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir