KİV: “Rusiya sanksiyalara baxmayaraq, ölkəyə qaçaqmalçılıq yolu ilə elit spirtli içkilər gətirir”

Beynəlxalq alkoqol brendləri sanksiyalara baxmayaraq, Rusiyaya çatdırılmalarına nəzarət edə bilmir. Kreml “paralel idxal” sxemi ilə elit spirtli içkinin qaçaqmalçılığına icazə verib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Johnnie Walker” viskisi və “Remy Martin” konyakı kimi məhsullar Ukraynaya genişmiqyaslı işğaldan sonra istehsalçıların ölkəyə ixracını dayandırmasına baxmayaraq, Rusiyada mövcuddur”, – məqalədə qeyd olunub.

Konyak istehsalçısı “Remy” deyir ki, onun mağazalarda satılan spirtli içkiləri anbar qalığı ola bilər. Şirkət həmçinin təklif edir ki, məhsulların Rusiyaya sanksiyalara məruz qalmayan ölkə və təşkilatlardan “paralel idxal” üsulu ilə gətirilib.

“Bloomberg” yazır ki, Rusiyaya ixracını dayandıran kosmetika və ya fərdi elektronika kimi digər sənaye sahələrinin istehsalçıları da oxşar vəziyyətlə üzləşəcəklər.

“Ölkədə “paralel idxala” icazə verilən malların, o cümlədən “IKEA”dan mebel, “Lancome”dan kosmetika və “Hasbro Inc”dən oyuncaqların sayında artım müşahidə olunub”, – nəşr əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir