KİV: Rusiya Müdafiə Nazirliyi “Vaqner”i nəzarətə götürməyi planlaşdırır

Rusiya Müdafiə Nazirliyi Afrika və Yaxın Şərqdə yerləşən “Vaqner” Özəl Hərbi Şirkətinin muzdlularına nəzarət etməyi planlaşdırır.

Turanîn səsi ”  xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, “Vaqner”in əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli silahlı podratçı tərəfindən həyata keçirilə bilər.

Bundan əlavə, ÖHŞ-nin bütün gizli xarici şəbəkəsinin Rusiya hərbi komandanlığına tabe edilməsi planlaşdırılır. Bu, gələcəkdə “Vaqner”in təşkil etdiyi üsyanların qarşısını almağa imkan verəcək.

Qeyd edək ki, bu yaxınlarda Vladimir Putin “Vaqner”in Rusiya ordusuna qoşulmasına icazə verən fərman imzalayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir