KİV: “Paşinyan təhlükəsizliyindən narahatdır”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230414_233724-1.jpg)
“Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizliyindən narahatdır”.
“Turanın səsi ” xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb.
Bildirilib ki, hökumət başçısı artıq narahatlığını gizlədə bilmir: “Paşinyan açıq-aydın nədənsə qorxur. Amma bunun dəqiq nə olduğunu yalnız özü bilir”.
Vurğulanıb ki, bunu baş nazirin dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir: “Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri deputatları izləyirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub”.