KİV: İran İraqla sərhədə ballistik raketlər yerləşdirib


İran komandanlığı ballistik raketləri İranın qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “The Jerusalem Post” İsrailin şimal sərhədlərinə təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzinə (Alma Research and Education Center – Qeyd) istinadən xəbər verir.

Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan üç yeraltı obyekt var. Xüsusilə, İran hərbçiləri burada İraqdan 150 km aralıda “Qiam-1” qısa mənzilli ballistik raketlərini quraşdırıblar.

Bundan əlavə, hava hücumundan müdafiə sistemləri dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də “Fateh-110” raketlərini saxlamaq üçün istifadə edilə bilər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir