KİV: İran humanitar yardım adı altında Suriyaya silah ötürüb
İran regionda ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım adı altında Suriyaya gizli şəkildə silah tədarük edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “The Washington Post” Pentaqonun sızmış məxfi məlumatlarına istinadən yazıb.
“İran zəlzələdən sonra ABŞ əsgərlərini hədəfə almaq üçün yardımların arasında silah gizlədib”, – məlumatda deyilib.
Qeyd olunub ki, Tehran Dəməşqə döyüş sursatı, atıcı silahlar və dronlar ötürüb.
Eyni zamanda, belə tədarüklər barədə məlumatı İsrail Silahlı Qüvvələrinin nümayəndəsi də təsdiqləyib.