KİV: “Aİ Pekinə koronavirusla mübarizə aparmaq üçün pulsuz vaksin təklif edir”
Avropa İttifaqı (Aİ) Pekinə COVID-19 alovlanmasının qarşısını almağa kömək etmək üçün Çinə pulsuz koronavirus peyvəndi təklif edir.
” Turanın səsi ” xəbər verir ki, bu barədə “Financial Times” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
“Səhiyyə üzrə komissar Stella Kiriakides, həmrəylik və dəstək, o cümlədən ictimai səhiyyədə ekspert yardımı, həmçinin Aİ peyvəndlərini bağışlamaq üçün çinli həmkarlarına müraciət edib”, – mənbə nəşrə bildirib.
O, Çin tərəfinin hələlik bu təklifə cavab vermədiyini vurğulayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09