Kiprdə qarşılıqlı razılaşma – Ada birləşir?

Kiprdə yaşayan yunan və türk icmaları arasında adanın siyasi olaraq birləşməsinə müsbət yanaşan xeyli çoxdur. Son anketlərə görə adada yaşayan yunanların 50 faizi, türklərin isə 65 faizi birləşməni dəstəkləyir.

Qeyd edək ki, BMT, Avropa Birliyi və NATO kimi mötəbər qurumlar Kiprdə təkcə Nikosiya mərkəzli yunan hökumətinin legitimliyini rəsmi olaraq tanıyır. Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) isə təkcə Ankara tərəfindən qəbul edilir. Bu səbəbdən adada yaşayan türklərin böyük çoxluğu birləşmə ilə Avropa Birliyinə daxil olmaq niyyətindədir.