Kim Çen In nüvə silahı üçün materialların istehsalını artırmağı əmr edib

0

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını artırmaq üçün nüvə silahına aid materiallarının istehsalının artırılmasına göstəriş verib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“(Koreya Fəhlə Partiyasının-red) Mərkəzi Komitəsinin nüvə silahlarının sayını artırmaq planını tam şəkildə həyata keçirmək üçün gələcəkdə nüvə silahı tipli materiallarının istehsalını genişləndirmək və güclü nüvə silahlarının istehsalının davam etdirilməsinə təkan vermək lazımdır”, – Kim Çen In deyib.

KXDR lideri həmçinin vurğulayıb ki, suverenliyin qorunması üçün nüvə potensialının inkişafı zəruridir. “Biz nüvə qüvvələrimizin daim gücləndirilməsi üçün səylərimizi davam etdirməliyik”, – o əlavə edib.

Məlumata görə, Kim Çen In ballistik raketlərə nüvə başlıqlarının quraşdırılması üzrə işlərin yoxlanılması zamanı bir sıra açıqlamalar verib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir