Kılıç: Ermənistanla sərhədin açılışı məsələsində irəliləyiş yoxdur

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur.
“turaninsesi.az” xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.
“Xeyr, bu məsələdə heç bir irəliləyiş yoxdur”, – deyə diplomat suala cavab verib.
Erməni tərəfi ilə növbəti danışıqların tarixinə toxunan Kılıç Ankaranın prosesi inkişaf etdirmək istədiyini və Ermənistanla təmasda olduğunu bəyan edib. Lakin hazırda danışıqlar üçün konkret tarix təyin edilməyib.
Bundan əvvəl Antalyada diplomatik forum çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin görüşü baş tutub. Ermənistan nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyanın sözlərinə görə, görüş müsbət keçib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI