Keşiş Köçəryan və Sarkisyanla görüşdü – Ermənistan qarışır
Ermənistandakı etiraz hərəkatının lideri, keşiş Baqrat Srbazan tədricən aktivləşir.
“turaninsesi.az” ermənistan KİV-nə istinadən xəbər verir ki, keşiş Baqrat Srbazan siyasi qüvvələrin rəhbərləri, respublikanın ikinci və üçüncü prezidentləri ilə görüşüb.
Qiyamçı keşişin eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşdüyü barədə xəbəri erməni Telegram kanalları da yayıb.
Qeyd edək ki, keşiş Baqrat Srbazan sentyabrın 22-də İrəvan idman-konsert kompleksində böyük toplantı keçirməyə hazırlaşır.
Baqrat Srbazanın hələ ki Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanla görüşə nail olmadığı bildirilib.