Kanada Hindistan diplomatını ölkədən qovub

Kanada hakimiyyəti Hindistan kəşfiyyat orqanlarının 2023-cü ilin iyununda Kanada sikx icmasının lideri Hardip Sinqh Nizharın qətlində əli olduğuna dair iddialara görə yüksək səviyyəli hind diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
“Turanın səsi ” xəbər verir ki, bunu jurnalistlərə Kanadanın xarici işlər naziri Melani Coli deyib.
“Biz yüksək səviyyəli Hindistan diplomatını Kanadadan qovmuşuq. Ottava onun daxili işlərinə heç bir müdaxiləyə dözməyəcək”,-deyə, o bildirib.