Kamçatkada güclü zəlzələ olub


Kamçatkanın Komandor adalarının yaxınlığında 6,6 maqnitudalı zəlzələ olub.

Turanın səsi ” xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geoloji Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Verilənlərə əsasən, zəlzələ 47 km dərinlikdə olub. Seysmohadisənin maqnitudası 6,6-ya bərabər olub. Bildirilib ki, yeraltı təkanların episentri Nikolskoye kəndindən 117 km aralı yerləşib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, Aleutski bələdiyyə rayonunun ərazisində təkanlar 4 bal gücədək hiss olunub.

Tələfat və dağıntının olmadığı diqqətə çatdırılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir