Kamçatka sahilində güclü zəlzələ olub, kənd sakinləri evlərini tərk edib

Rusiyanın Kamçatka diyarının Berinq adasının sahilində 6,1 maqnitudalı zəlzələ olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

“Zəlzələnin maqnitudası – 6,1”, – məlumatda qeyd olunub.

Bildirilib ki, seysmoloji hadisənin episentri adadakı Nikolskoye kəndindən 40 km aralıda, Sakit okeanda olub. 2023-cü ilin məlumatına görə, adanın əhalisi 624 nəfərdir.

“Kamçatka-Inform”un məlumatına görə, təbiət hadisəsi kənddə hiss olunub: sakinlər güclü silkələnmədən evlərini tərk etməli olublar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir