Jozep Borel koronavirusa yoluxub
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel koronavirusa yoluxub.
“Turanın səsi ” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“COVID-19 testim müsbət çıxdı. Təəssüf ki, buna görə də Çinə səfərimi təxirə salmalı olacağam”, – J.Borel bildirib.
O, özünü yaxşı hiss etdiyini də söyləyib.