İzmirdə 5,1 maqnituda gücündə zəlzələ olub

0

Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5.1 maqnituda gücündə zəlzələ olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ Ege dənizində qeydə alınıb. Məlumata görə, zəlzələ 10-15 saniyə çəkib və ətraf rayonlarda da hiss edilib.

Təbii fəlakətin nəticələri barədə hələ ki, məlumat yoxdur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir