İtaliya Ukraynaya 20-yə yaxın artilleriya qurğusu tədarük edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230416_175627.jpg)
İtaliya Ukraynaya təxminən 20 ədəd M109L özüyeriyən artilleriya qurğusunu təhvil verib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “La Repubblica” və “Corriere della Sera” qəzetləri məlumat yayıb.
Bir neçə oxşar haubitsa artıq 2022-ci ilin payızında Ukrayna tərəfinə göndərilib.
Məlumata görə, hərbi texnika onlar ötən ilin oktyabrına qədər hakimiyyətdə olan Mario Draqinin hökuməti tərəfindən təsdiqlənmiş yardım paketinin bir hissəsidir.