İsveç Ukraynaya maliyyə yardımı ayırıb
İsveç hökuməti Ukraynaya 64 milyon dollarlıq maliyyə yardımı ayırıb.
“turanın səsi” xəbər verir ki, bunu SVT telekanalına müsahibəsində İsveçin beynəlxalq əməkdaşlıq naziri Yuhan Forsel deyib.
Nazir vurğulayıb ki, bu maliyyə vəsaiti dağılmış məktəblərin, xəstəxanaların, mənzillərin, infrastrukturun, o cümlədən enerji sektorunun və kənd təsərrüfatının bərpası üçün istifadə olunacaq.
Onun sözlərinə görə, İsveç birmənalı şəkildə bildirib ki, Ukraynaya dəstəyi uzunmüddətli olacaq: “Bu yardım paketi ilk deyil və sonuncu da olmayacaq”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09