İsveç hökuməti Ukrayna üçün vəsait ayırdı
İsveç hökuməti Ukrayna üçün 63 milyon avro vəsait ayıracaq.
“turaninsesi.az” xəbər verir ki, bu vəsait Ukraynanın müdafiə sənayesini (20 milyon) və silahlı qüvvələrin ehtiyaclarını dəstəkləmək üçün xərclənəcək.
43 milyon avro dəyərində yardıma Ukraynanın “F-16” qırıcılarının istifadəsi proqramı üçün hava-hava raketlərinin alınması, Ukrayna dəniz piyadalarının təlimi, minalardan təmizləmə avadanlığı və rabitə vasitələrinin tədarükü daxildir.