İstanbulda ARD-ARDA 3 zəlzələ: İkincisi 6.2 bal… – YENİLƏNİR

İstanbulun Mərmərə dənizi sahillərində zəlzələ baş verib. Zəlzələ rixter cədvəli ilə 3.9 bal gücündə olub.

turaninsesi.az” xəbər verir ki, yeraltı təkanlar Türkiyə saatı ilə 12:13-də qeydə alınıb. 

Zəlzələnin episentri 6.99 kilometr dərinlikdə müşahidə edilib. Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yoxdur.

***

İstanbulda növbəti zəlzələ qeydə alınıb. Baş verən ikinci təkanlar 6.2 bal gücündə olub.

Yenisabah.az xəbər verir ki, ikinci zəlzələ birincidən təxminən yarım saat sonra baş verib. 

Təkanların silsilə formada davam edəcəyi istisna edilmir.

***

İkinci zəlzələ 10 saniyə davam edib.

Təkanlar ən çox İstanbulun Silivri ərazisində hiss edilib.

Türkiyənin daxili İşlər Naziri Əli Yerlikaya, AFAD və əlaqədar qurumların bütün qruplarının ərazi axtarışlarına başladığını bildirib.

***

AFAD, zəlzələdən sonra riskli binalara girməmək barədə xəbərdarlıq edib.

Qurumdan bildirilib ki, ünsiyyət üçün qısa mesaj xidməti (SMS) və məlumatlara əsaslanan mesajlaşma proqramından istifadə olunması tövsiyyə edilir.

***

İstanbulun Büyükçəkməcə rayonu sahillərində 4.4 bal gücündə 3-cü zəlzələ baş verib. Son təkanların dərinliyi 7 kilometr olaraq qeydə alınıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI