İstanbulda 2 bina çökdü – Dağıntılar altında qalanlar var
Türkiyənin İstanbul şəhərində 2 bina çöküb.
“turaninsesi.az ” xəbər verir ki, dağıntılar altında qalanlar var.
Şəhərin Fatih rayonunda baş verən hadisə yerinə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Binalarda qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir.
Binaların çökmə səbəbi hələ ki məlum deyil.
Arzu Paşaqızı