İsrailli nazir Suriya liderini hədələdi

Qəzzada yerləşən radikal Fələstin qrupları HƏMAS və “İslami Cihad” indi Suriyadan fəaliyyət göstərməklə ölkəsi üçün yeni təhlükə yaratmaq istəyirlər.
“turaninsesi.az” “The Jerusalem Post”a istinadla xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
O, fevralın 24-də Brüsseldə yüksək səviyyəli Avropa rəsmiləri ilə görüşdə bu versiyanı açıqlayıb.
XİN rəhbəri Əhməd əl-Şaraanın rəhbərlik etdiyi Suriyanın yeni rəhbərliyini tənqid edib. İsrailli nazirin sözlərinə görə, orada “cihadçı islamçı terror qruplaşması” hakimiyyətdədir:
“Əş-Şaranın kim olduğunu hamı bilir. Onlar nəinki əhatəli deyil, həm də ələvilərdən qisas alırlar, kürdlərə zərər verirlər. Sərhədimizdə təhlükəsizliyə güzəştə getməyəcəyik”.
Xəbər Armen
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI