İsrailli nazir: Bəli, Suriyaya zərbə endirmişik

İsrailin xarici işlər naziri Gideon Saar təsdiqləyib ki, İsrail hərbçiləri həqiqətən də Suriyada bir sıra hərbi obyektlərə hücum ediblər.
“turaninsesi.az” The Times of Israel-ə istinadla xəbər verir ki, o bunu “İsrailin və onun vətəndaşlarının təhlükəsizliyi” ilə əlaqələndirib:
“Ona görə də strateji silah sistemlərinə, məsələn, kimyəvi silahlara, raketlərə və uzaqmənzilli raketlərə hücum etdik ki, ekstremistlərin əlinə keçməsin” .
Nazirin sözlərinə görə, İsrail hərbçilərinin Suriya ərazisində mövcudluğu müvəqqəti və məhduddur, yalnız Bəşər Əsədin istefasından sonrakı dövrdə İsrailin təhlükəsizliyini təmin etmək məqsədinə xidmət edir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI