İsrailin müdafiə naziri Pentaqon rəhbəri ilə İrandan gələn təhdidləri müzakirə edib

0

İsrail Müdafiə Nazirliyinin yeni rəhbəri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə Yaxın Şərqdə təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin İrandan gələn təhdidləri müzakirə edib.

turanın səsi ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İsrailli nazir söhbət zamanı İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

“Müdafiə naziri Y. Qalant bu gün amerikalı həmkarı L. Ostin ilə ilk telefon danışığı aparıb. Qalant amerikalı həmkarı ilə İran təhlükəsindən başlayaraq, İsrail dövlətinin təhlükəsizliyini, Yaxın Şərq regionunda sabitliyi təhdid edən əsas strateji çağırışlar üzrə vəziyyəti, o cümlədən İranın nüvə ambisiyalarını, regional aqresiyasını və müasir yüksək dəqiqlikli silahların yayılmasını müzakirə edib”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir