İsrailin İrana hücum planı: 2 variant var
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-6-81.jpeg)
İsrailin İran obyektlərinə mümkün zərbələri yalnız İranın nüvə proqramının inkişafının qısamüddətli ləngiməsinə gətirib çıxara bilər.
“turaninsesi.az” “The Washington Post”a istinadla xəbər verir ki, bu barədə ABŞ kəşfiyyat məlumatlarından xəbərdar olan mənbə danışıb.
Onun fikrincə, belə bir əməliyyat İranı yalnız uranı silah yaratmaq üçün lazım olan səviyyəyə qədər zənginləşdirməyə təşviq edəcək.
İsrail rəsmilərinin heç də hamısı belə qiymətləndirmələrlə razılaşmır və İsrailin İranın nüvə proqramına daha ciddi ziyan vura biləcəyinə inanırlar.
ABŞ kəşfiyyatı hesab edir ki, İsrail İrana hücum edərsə, o, iki variantdan istifadə edə bilər: birincisi, İranın hava məkanından kənarda ballistik raketlərin buraxılması; ikincisi, daha riskli, İsrail təyyarələrinin İran hava məkanına daxil olması və BLU-109 bunker bombalarını birbaşa hədəflərə atması.
Mənbələr aydınlaşdırıblar ki, hər iki variant ABŞ-ın köməyi tələb edəcək – kəşfiyyat, müşahidə və təyyarədə yanacaq doldurma.
İsrail hökuməti, Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Müdafiə Kəşfiyyat İdarəsi və Milli Kəşfiyyat Direktorunun İdarəsi bu məlumatı təsdiqləməyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI