İsrailin İrana cavabı: Noyabrın 5-dək olacaq

0

ABŞ rəhbərliyi hesab edir ki, İsrail İranın raket hücumuna cavab olaraq ABŞ-da prezident seçkiləri gününə, noyabrın 5-nə qədər ona qarşı tədbir görəcək.

turaninsesi.az” CNN-ə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

Onların sözünə görə, İsrail hökuməti İrana qarşı aksiyanın xarakteri və vaxtını fəal müzakirə etsə də, zərbənin vaxtı birbaşa ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı deyil.

Mənbələr izah ediblər ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İrana qarşı mümkün hərəkətlərinin ABŞ-da göstərəcəyi reaksiyadan çox narahatdır.

CNN mənbəsi bildirib ki, İsrail İrana qarşı cavab tədbirləri planlarını yekunlaşdırıb. Netanyahu da daxil olmaqla, İsrail rəhbərliyinin üzvlərinin ABŞ-ı əmin ediblər ki, İsrailin İrana cavab zərbəsi neft və nüvə obyektlərinə qarşı deyil, hərbi hədəflərlə məhdudlaşacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir