İsrailin 11 hərbi bazası hədəfə alındı
Hizbullah bəyan edib ki, əməliyyatımızın 1-ci mərhələsi uğurla başa çatıb.
“turaninsesi.az” MEHR Agentliyinə istinadən xəbər verir ki, bu barədə Livan Hizbullah Əməliyyatı tərəfindən bəyanat yayılıb.
Livan tərəfi bildirib ki, Hizbullah Əməliyyatı Fuad Şükürün öldürülməsinə cavab olaraq bu səhər İsrailə hücum edib.
Hizbullah əməliyyatı ilə bağlı yayılan məlumata görə, cavab əməliyyatının birinci mərhələsi uğurla başa çatıb.
Açıqlamada, “İşğal olunmuş ərazilərə 320 raket atılıb və 11 hərbi baza hədəfə alınıb”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI