İsrail və ABŞ müdafiə nazirləri İrana qarşı birgə mübarizəni müzakirə ediblər


İsrail və ABŞ-ın müdafiə nazirləri Yoav Qalan və Lloyd Ostin Brüsseldə görüş keçiriblər və bu görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, xüsusilə də İrana qarşı birgə mübarizə məsələləri müzakirə edilib.

Turanın səsi ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qalant və Ostin İranın nüvə hərbi potensialı əldə etməsinin qarşısını almaq üçün iki ölkə arasında təhlükəsizlik və hərbi koordinasiyanın inkişaf etdirilməsini müzakirə ediblər.

Qalant vurğulayıb ki, İsrail dövləti özünü istənilən təhlükədən müdafiə etmək hüququna malikdir.

Bundan əlavə, israilli nazir amerikalı həmkarı ilə iki dövlət arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib. Tərəflər İsrail Müdafiə Qüvvələri və ABŞ Mərkəzi Komandanlığının iştirakı da daxil olmaqla birgə hərbi təlimlərin sayının artırılmasının zəruriliyi barədə razılığa gəliblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir