İsrail rəhbərliyi Əli Xameneinin varisini də öldürmək əmri verdi
İsrailin müdafiə naziri İsrael Katz İranın yeni Ali rəhbərini öldürməklə hədələyib.
“turaninsesi.az ” xəbər verir ki, bunu o, “X” hesabında yazıb.
“İran terrorçu rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-ni, azad dünyanı və region ölkələrini təhdid etmək və İran xalqına zülm etmək planına rəhbərlik etməyə davam etmək üçün təyin edilmiş hər hansı bir lider, birmənalı şəkildə məhv edilmək üçün hədəf olacaq”, – müdafiə naziri yazıb.
İsrael Katz qeyd edib ki, İranın yeni Ali rəhbəri harada gizlənsə də, onu tapacaqlar:
“Onun adının və harada gizlənməsinin fərqi yoxdur. Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə missiyanı yerinə yetirmək üçün bütün vasitələrlə hazırlaşmaq və hərəkət etmək tapşırığı verdik”.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq ölkənin şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın Silahlı Qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Hava zərbələri nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Onun yerinə hələlik heç kim seçilməyib.
Arzu Paşaqızı