İsrail ordusu “Hizbullah”ın infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
İsrail hərbçiləri gecə saatlarında “Hizbullah” təşkilatının Livandakı silahlı qanadının hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında Livan tərəfdən İsrailin şimalındakı Har Dov dağı istiqamətində tank əleyhinə raketlərin iki buraxılışı qeydə alınıb. Buna cavab olaraq İsrail ordusunun tankları və artilleriyası hücumların mənbələrinə atəş açıb. Bundan başqa, İsrail hərbçiləri Livanın cənubundakı Şabaa yüksəkliklərində buraxılış qurğusuna hücum edib.
Eyni zamanda, mətbuat xidməti diqqətə çatdırıb ki, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Kfar-Şuba təpələrində “Hizbullah”ın infrastruktur obyektlərinə və Livanın cənubundakı Markaba kəndi yaxınlığındakı bu təşkilatın hərbi infrastrukturuna hücum ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI