İsrail ordusu HƏMAS-ın hədəflərinə qarşı irimiqyaslı zərbələr endirib
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirib.
“Turanın səsi” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl hərbi qurum İsrailin Qolan təpələrindəki Har Dov dağı ərazisinə Livandan 30-a yaxın minaatan mərmisi atıldığı barədə açıqlama verib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.