İsrail Ordusu: “Cənub ərazilərə 100 faiz nəzarət edirik”

0

İsrailin Müdafiə Ordusu Qəzza zolağı ilə həmsərhəd olan cənub ərazilərə 100 faiz nəzarət edir.

Turanın səsi ” “News.ru”ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 10-da həmin əraziyə HƏMAS-ın və ya başqa qüvvələrin müdaxiləsi baş verməyib.

İsrailin döyüş təyyarələri Qəzza zolağında Rimal və Xan Yunis şəhərləri ətrafında HƏMAS-a və başqa silahlı qruplaşmalara aid 200-dən artıq hədəfi məhv edib.

Qeyd olunub ki, döyüş təyyarələri “İslami-Cihad” terrorçu qruplaşmasının hərbi obyektlərinə, habelə HƏMAS-ın Xan Yunisdəki məsciddə yerləşən silah anbarına, bu silahlı qruplaşmanın əməliyyat qərargahına, onların tank əleyinə olan iki əməliyyat mərkəzinə, Əl-Furkanda yerləşən HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binaya, qruplaşmanın qərargahı yerləşən məscidə, HƏMAS-ın daha iki əməliyyat mərkəzinə zərbələr endirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir