İsrail ordusu Bəndər-Abbasa zərbələr endirdi

İsralin Müdafiə Qüvvələri (SAXAL) İranın Bəndər-Abbasdakı hərbi dəniz bazasına hücum edib.

turaninsesi.az”  xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

Məlumata görə, İsrail qırıcıları Bəndər-Abbasda PUA və silah anbarına zərbələr endiriblər. Bildirilir ki, bu zərbələrlə İsrail İranın Hörmüz boğazını bağlamaq imkanlarını məhdudlaşdırmağa çalışır.

Qeyd edək ki, Bəndər-Abbas İranın ən mühüm liman şəhəridir. Dünya neft ticarətinin 20%-nin keçdiyi liman Fars körfəzində Hörmüz boğazı yaxınlığında yerləşir.