İsrail Nazirlər Kabineti hərbi xidmət müddətinin uzadılmasını təsdiqlədi

İsrail hökuməti həftəlik iclasda İsrail ordusunun döyüş hissələrində hərbi xidmət müddətinin 4 ay artırılaraq tam 3 ilə çatdırılmasını yekdilliklə təsdiqləyib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Tədbir Nazirlər Kabinetinin növbəti beş il üçün müvəqqəti sərəncamı kimi çıxış edəcək.

İlkin olaraq, İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantın müvafiq təşəbbüsü iyulun 12-də ölkənin əsas nazirlərinin daxil olduğu təhlükəsizlik kabineti tərəfindən təsdiqlənib.

Bütün İsrail vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar və başqa ölkədə yaşayanlar 18 yaşına çatdıqdan sonra orduya çağırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir