İsrail “Merkava” tanklarının Ukrayna və Polşaya satışı ilə bağlı danışıqlar aparır

İsrail “Merkava” tanklarının Ukrayna və Polşaya satışı ilə bağlı danışıqlar aparır.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Valla” qəzeti polşalı hərbi ekspertlərə istinadən məlumat yayıb.

İsrail Müdafiə Nazirliyi 1990-cı illərdə istehsal olunmuş “Merkava” tanklarının xarici ölkələrə satışına razılıq verib. Onlar Polşa və Ukrayna üçün nəzərdə tutulub.

Qəzetin yazdığına görə, “Merkava” tanklarının satışı “Tip 4” və “Barak” tanklarının, “Tiger” və “Eitan” zirehli transportyorlarının istehsalını artırmağa məcbur edəcək.

Daha əvvəl bildirilib ki, Ukrayna ilk dəfə olaraq İsraildən radarlardan müdafiə sistemlərini alıb, onlar artıq Kiyevdə yerləşdirilib. Söhbət İsrailin “RADA Electronic Industries” şirkəti tərəfindən istehsal olunan “ieMHR”dən gedir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir