İsrail Livanı bombaladı – 200-ə yaxın ölən var
İsrail ordusu bu gün səhər saatlarında Livana ağır zərbələr endirib.
“turaninsesi.az” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu “Hizbullah” hərəkatının obyektlərinin hədəfə alındığını açıqlayıb.
Ümumilikdə 150-dən çox zərbə endirilib.
Livan Səhiyyə Nazirliyi bildirib ki, zərbələr nəticəsində ölənlərin sayı 182 nəfərə çatıb. Yaralıların sayının isə 727 nəfərə çatdığı bildirilir.