İsrail İranın raket istehsalına zərər vura bilməyib – Nəsirzadə

Oktyabrın 26-da İsrailin İranın hərbi obyektlərinə endirdiyi zərbə raket istehsalı prosesində heç bir fasiləyə səbəb olmayıb.

turaninsesi.az” IRIB-ə istinadla xəbər verir ki, bunu İslam Respublikasının müdafiə naziri Əziz Nəsirzadə deyib.

O bildirib: “Hücum silahlarının, o cümlədən raketlərin istehsalında heç bir problem və ya uğursuzluq yaranmayıb”.

Nəsirzadə qeyd edib ki, İsrailin İranın müdafiə və hücum imkanlarına zərbə vurmaq cəhdi uğursuz alınıb.

Bundan əvvəl Müdafiə Nazirliyinin rəhbəri məlumat vermişdi ki, İslam respublikası İsrailin raket hücumu zamanı ölkənin hərbi infrastrukturuna dəymiş bütün zərərləri qısa müddətdə aradan qaldıra bilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir