İsrail İranın qaz sənayesi obyektlərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı qaz obyektlərinə zərbələr endirib.  

turaninsesi.az” xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, İsrail və ABŞ Hörmüz boğazının açılması ilə bağlı təzyiqləri artırır. Bu çərçivədə İsrail İranın cənubunda qaz sənayesi ilə əlaqəli hədəflərə zərbələr endirib.

Məlumata görə, hücumlar regionda enerji daşımalarının təhlükəsizliyinə təsir edən strateji obyektləri hədəf alıb. Hadisənin təfərrüatları və mümkün nəticələri ilə bağlı əlavə informasiya verilməyib.

Arzu Paşaqızı