İsrail İranın ballistik raketlərinin komanda mərkəzini bombaladı
İsrail Ordusu ötən gün İranın paytaxtı Tehran şəhərində bir sıra hərbi hədəflərə zərbələr endirib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı İranın hərbi və təhlükəsizlik strukturlarına aid bir neçə obyekt hədəf alınıb. Bunlara İran İslam İnqilabı Keşikçiləri Korpusu daxilində təhlükəsizlik bölməsinə aid qərargah, daxili təhlükəsizlik qüvvələrinin logistika və dəstək departamentinə məxsus təmir mərkəzi və ballistik raketlərlə bağlı komanda mərkəzi daxildir.
Məlumata görə, əməliyyat çərçivəsində hava hücumundan müdafiə sistemlərinə də zərbələr endirilib. Məqsədin bölgədə hava üstünlüyünün genişləndirilməsi olduğu bildirilib.
Arzu Paşaqızı