İsrail İrana hücumları gücləndirəcək
İsrailin Baş naziri Binyamin Netanyahu yaxın gələcəkdə İrana hücumları gücləndirmək niyyətində olduğunu açıqladı və hərbi kampaniyanın davam etdirilməsi əmrini verib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Netanyahu xalqa videomüraciətində bildirib.
Çəkiliş təhlükəsizlik sahəsindəki əsas şəxslərlə – müdafiə naziri, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi və Mossad rəhbəri ilə görüşdən sonra Təl-Əvivdəki Müdafiə Nazirliyinin kompleksinin damında aparılıb.
“Mən kampaniyanı davam etdirmək üçün təlimat verdim. Qüvvələrimiz hazırda Tehranın mərkəzinə artan güclə zərbələr endirir və bu güc yaxın günlərdə yalnız güclənəcək”, – deyə o bildirib.
Arzu Paşaqızı