İsrail: “İran kasetli bombalardan istifadə edir”
İran İsrailə qarşı müharibədə kasetli bombalardan istifadə edir.
“turaninsesi.az ” “Associated Press”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun sözçüsü, polkovnik-leytenant Nadav Şoşaniyə bildirib.
O deyib ki, İran İsrailə qarşı demək olar ki, hər gün kasetli bombalar tətbiq edir. Polkovnik-leytenantın sözlərinə görə, İran ötən ilin iyun ayında baş vermiş və 12 gün davam edən müharibə zamanı da İsrail istiqamətində oxşar raketlər buraxmışdı.
N.Şoşani qeyd edib ki, indiyədək İsrailə atılan kasetli bombalar əsasən Qüds və ölkənin mərkəzi hissəsində mülki insanların ən sıx məskunlaşdığı əraziləri hədəf alıb.
Kasetli bomba havada partlayaraq geniş əraziyə çox sayda kiçik partlayıcı “bombacıqlar” səpən silah növüdür. Bu bombacıqlar eyni anda tankları, hərbi texnikanı və canlı qüvvəni hədəfə alaraq, bir neçə hədəfi zərərsizləşdirmək üçün nəzərdə tutulur.
Arzu Paşaqızı