İsrail “Hizbullah”ın Livandakı mövqelərinə zərbə endirib
İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə zərbə endirib.
“Turanın səsi ” in məlumatına görə, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri hazırda Livandakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə zərbələr endirir”, – bəyanatda deyilir.
Digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub.