İsrail “Hizbullah”ın bazalarını bombaladı 

İsrail hərbi hava qüvvələri Livanın cənubunda yerləşən “Hizbullah” bazalarına zərbə endirib. Tel-Əviv rəsmiləri terror təşkilatına mənsub onlarla hərbi texnikanın vurulduğunu açıqlayıblar.

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, İsrailin hücumlarına qarşı “Hizbullah” lideri Həsən Nəsrullah sərt açıqlamalar verib. O, Tel-Əvivin “qırmızı xətti” aşdığını və bunun müharibə elanı olduğunu bildirib. 

Xatırladaq ki, İsrail bir müddət öncə, Beyruta ölkənin cənubunda hərbi əməliyyatlar keçirəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. “Hizbullah” tərəfi isə buna təhqirlərə cavab vermişdi.  

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir