İsrail HƏMAS-ın 3 zabitini ÖLDÜRDÜ
İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə aviazərbələr endirib.
“turaninsesi.az“-ın məlumatına görə, Müdafiə Qüvvələri 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HƏMAS rəsmisinin öldürüldüyünü bildirib.
Məlumata görə, qruplaşmanın hava qüvvələrinin Qəzzadakı rəhbəri Samer İsmayıl Xadr Əbu Daqqa, Hərbi kəşfiyyat bölməsində Müşahidə və Hədəflər departamentinin rəhbəri Usamə Tabeş və HƏMAS-ın digər yüksək rütbəli zabiti Ayman Mabhou zərərsizləşdirilib.
“Zərbədən əvvəl dəqiq döyüş sursatı və hava müşahidəsi də daxil olmaqla, mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün addımlar atılıb”, – məlumatda bildirilir.