İsrail BU ÖLKƏDƏ gizli əməliyyat keçirdi – İranlı zabitlər əsir götürüldü
Suriya televiziyası iranlı zabitləri qaçırmaq üçün İsrail ordusunun gizli quru əməliyyatı keçirdiyini bildirib.
“turaninsesi.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda yüksək rütbəli iranlı zabitlərin də olduğu Masyafdakı kimyəvi silah tədqiqat mərkəzinə hücum edilib.
Məlumata görə, hava zərbələrindən sonra İsrail helikopterləri desantları yerə endirib. Əməliyyat zamanı 2-4 iranlı zabit əsir götürülərək naməlum istiqamətə aparılıb. İran və Suriyanın ciddi məxfilik tədbirləri səbəbindən əsir götürülən zabitlərin dəqiq sayı hələ açıqlanmır.