İspaniya Ukraynaya “Leopard” tankları göndərib


İspaniya Ukraynaya təmir edilmiş 6 “Leopard” tankı göndərib.

turanın səsi ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bu hərbi texnikanın olduğu gəmi Santander dəniz limanından Polşaya yola düşüb. Daha sonra tanklar Kiyevə təhvil veriləcək.

Xatırladaq ki, daha əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles bildirmişdi ki, bu tanklar aprelin sonuna qədər Ukraynaya təhvil verilməlidir. İspaniya daha 4 “Leopard” tankını Kiyevə təhvil verməyi planlaşdırır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir