İranlı deputat: Əsəd bizimlə məsləhətləşməyib
“Əsəd indi Tehranda deyil, Moskvadadır. Onun gedişinə dair bizimlə məsləhətləşmə olmadı”.
“turaninsesi.az” Akharinkhabar-a istinadla xəbər verir ki, bunu İran parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhravənd deyib.
O, Suriyada yaranmış yeni vəziyyətə münasibətini bilirib: “Öz maraqlarımızı qorumalıyıq, xüsusən də “müqavimət cəbhəsi”ni qoruya bilməliyik. Biz Suriyada heç vaxt xüsusi maraq güdməmişik, orada qruplaşmalara qarşı dəstək olmaq üçün idik”.
Komissiya üzvü əlavə edib: “Əsəd Suriyanı tərk etmək qərarına gələndə nə İranla məsləhətləşdi, nə də əvvəlcədən bununla bağlı məlumat verdi. O, Rusiya ilə məsləhətləşdi. Ola bilsin ki, ruslar bu məsələdə ya səhv ediblər, ya da Ukraynada Amerikanın güzəşt hərisliyi onları Əsədi inandırmağa sövq etdi.
Əsəd indi Tehranda deyil, Moskvadadır. Onun gedişinə dair bizimlə məsləhətləşmə olmadı”.