İranın şimalında zəlzələ oldu

İranın şimalındakı Mazandaran əyalətində 4,6 maqnitudalı zəlzələ olub.

turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 21:58-də (Bakı vaxtı ilə 22:28) təxminən 255 min əhalisi olan regionun paytaxtı Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində qeydə alınıb.

Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.