İranın paytaxtı Bəlucestana köçürülə bilər

Məkran paytaxtın köçürülməsi üçün əhəmiyyətli mərkəzlərdən biri ola bilər.

turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Reza Aref deyib.

O bildirib: “Bu məsələ son 30 ildə müzakirə olunur, lakin bu gün siyasi mərkəzin yaradlması ciddiləşib. Tehranı əvəz edə biləcək məkanlardan biri də Makrandır”.

Aref əlavə etdi: “Bu ərazi münasib yerdir. Keçmişdə paytaxtın köçürülməsi üçün başqa mərkəzlər təklif edilmişdi, lakin onların hər birinin öz məhdudiyyətləri vardı. Məsələn, su təchizatı ilə bağlı problemlər və s”.

Xatırladaq ki, Məkran İranın cənub-şərqindəki Sistan və Bəlucestan əyalətində yerləşir. Bu, dənizə çıxışı olan ərazidir. 

İran prezidenti Məsud Pezeşkian bundan əvvəl paytaxtın Xəzərboyu, yaxud Fars körfəzi və Ərəbistan dənizi ərazisinə köçürülməsinin məqsədəuyğun olduğunu bildirmişdi.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI