İranın daha bir yüksəkvəzifəli rəsmisi öldürüldü – SEPAH TƏSDİQLƏDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qulamrza Süleymaninin həyatını itirməsi ilə bağlı rəsmi bəyanat yayıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, Qulamrza Süleymani, “Bəsic” (Könüllü qüvvələr) təşkilatının rəhbəri kimi, “ABŞ və İsrailə aid olduğu iddia edilən terror hücumu” nəticəsində ölüb. Hadisə “şəhid olması” kimi təqdim edilib.

SEPAH qeyd edib ki, Süleymani uzun illər ərzində, o cümlədən İran-İraq müharibəsi dövründən başlayaraq müxtəlif vəzifələrdə xidmət göstərib. Bildirilib ki, o, xüsusilə “Bəsic” təşkilatına rəhbərlik etdiyi müddətdə strukturun inkişafı, sosial layihələrin genişləndirilməsi və aztəminatlı təbəqələrə dəstək istiqamətində fəaliyyət göstərib.

Bəyanatda bu hadisə “terror aktı” kimi qiymətləndirilib və hücumun təşkilatçıları kimi ABŞ və İsrail ittiham olunub. Həmçinin qeyd olunub ki, bu cür hadisələr İranın mövcud siyasətinə və fəaliyyət istiqamətlərinə təsir göstərməyəcək.

Arzu Paşaqızı